📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb

2026-02-14 15:53:19

İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.