İşə velosipedlə gedənlərə pul veriləcək
2023-05-02 12:56:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, may ayının əvvəlindən etibarən Belçikada işə velosipedlə gedənlərə iş yeri sahibləri tərəfindən icbari şəkildə pul veriləcək. Belçika Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçilərin nümayəndələri arasındakı razılaşmaya görə, hər kilometr üçün 0,27 avro (50 qəpik) verilməsi nəzərdə tutulur. Bu ödəniş vergidən azad olacaq. Bir işçi üçün gündəlik velosiped ödənişi 40 kilometri keçməyəcək. Beləliklə velosiped ödənişi gündəlik 10,8 avrodan çox olmayacaq.
Hürr Tərcüman