📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşədüzəltmə agentlikləri işsizlərin qəniminə çevrilib - ARAŞDIRMA

2022-04-21 12:43:00

İşədüzəltmə agentlikləri işsizlərin qəniminə çevrilib - ARAŞDIRMA

"Çay fabrikinə qablaışdırıcı bəylər tələb olunur. İş saatı 9-7 kimi, yaş həddi 18-45. Ünvan: Neftçilər. Əmək haqqı: 700 azn"

Bu cür elanlarla şəhərin küçələrində, elan tablolarında, son vaxtlar isə sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Bəzən işədüzəltmə adı altında vətəndaşlar müxtəlif işbazlar tərəfindən aldadılır, daimi iş yeri əldə üetmık istəyən şəxs əksinə maddi ziyana düşür. Dələduzlar vətəndaşlara yüksək maaşlı işlər vəd edərək bunun qarşılığında onlardan pul alır. Daha sonra isə onları çox çətin, sənətinə uyğunsuz, heç də vəd verildiyi kimi maaşı olmayan işlərə göndərirlər, yaxud ümumiyyətlə işə düzəltmirlər.

Yuxarıda gördüyünüz elana aldananlardan biri Naxçıvan sakini Hacı Rüstəmovdur. O sözügedən elandakı əlaqə nömrəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, elanı iş agentliklərindən biri paylaşıb. Həmin iş agentliyinin əməkdaşı onu Bakıya dəvət edərək, işlə təmin ediləcəyini söz verib. Bakıya gələn Naxçıvan sakini nə elandakı işə düzələ bilir, nə də digər vəd edilən işlərə...Üstəlik də ondan 20 azn-də ödəniş alınır. Vətəndaş işə düzəltmə agentlinin "Asan Xidmət"in binasında yerləşdiyini bildirib. Ümumiyyətlə dövlət qurumunun binasında işə düzəltmə agentliyi fəaliyyət göstərə bilərmi?...

Məsələ ilə daha yaxından tanış olmağımız üçün 3 iş elanı ilə əlaqə saxladıq. Hətta Naxçıvan sakinin iş agentliyi tərəfindən aldadılığı iş elanı ilə də əlaqə yaratdıq.  İş elanlarının hər birinə xanım əməkdaşlar cavab verərək, elanla bağlı suallarımızı cavablandırmadan 10-20 azn arası rüsum götürərək yaxınlaşmağı bildirdi. Hətta Naxçıvan sakini Hacı Rüstəmovun da dediyi kimi iş agentliklərindən biri  "Asan Xidmət"in binasında yerləşir. Görünür ki,  Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri bu cür işbazların yuvasına çevrilib. Ümid edirik ki, aidiyyati orqanlar tezliklə müvafiq tədbirlər görəcək.

İşədüzəltmə büroları işə götürənlə işə düzələn arasında vasitəçi funksiyasını yerinə yetirir. Amma bu ad altında saxta iş elanları verənlər dələduzluğa yol vermiş sayılırlar. Belə şəxslər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bu bir növ insanların etibarından sui istifadə edib onları aldatmaqdır.

Görnür ki, son za­man­lar işə dü­zəl­mək çə­tin ol­du­ğu üçün in­san­la­rın ümid­lə­ri­lə oy­na­maq­la pul qa­za­nan iş­baz­lar ço­xa­lıb. İşə dü­zəlt­mə agent­li­yi adı ilə əs­lin­də qey­ri-qa­nu­ni fəa­liy­yət gös­tə­rən sa­hib­kar­lar on­la­ra mü­ra­ci­ət edən­lər­dən 5-20 ma­nat mü­qa­vi­lə və ya an­ket dol­dur­maq üçün pul alır, nə­ti­cə isə ol­mur…

Bu cür hallarda vətəndaş nə etməlidir? İşə düzəltmə büroları ilə vətəndaş arasındakı münasibətlət hüquqi cəhətdən necə tənzimlənir?

Suallarımıza sosioloq Aynur Hacıyeva aydınlıq gətirib. Sosioloq bildirib ki, ümumiyyətlə işədüzəltmə fəaliyyətini həyata keçirmək sahibkarlıq fəaliyyətidir. Bunun üçün isə işədüzəltmə bürosunun sahibi VÖEN almalıdır:

"Artıq uzun illərdir ki, "işədüzəltmə" adı altında müəyyən şirkətlər fəaliyyət göstərir. Bəzən insanlar daimi və yüksək gəirli iş yeri əldə etmək üçün həmin şirkətlərə müraciət edirlər. Müraciət müqabilində ilkin qeydiyyat üçün onlardan müəyyən məbləğdə pul tələb də olunur. Müqabilində isə müraciət edən şəxsin bacarmadığı və daha az gəlirli işlə təmin edilirlər. Daha sonra isə bildirirlər ki, işə düzəldilən şəxsin bir və ya iki-üç aylıq gəlirləri şirkətə çatacaq. İnsanlar bir neçə ay işləyib həmin pulu şirkətə ödədikdən sonra həmin işi davam etdirə bilmirlər. Bacarmadıqları və ya gəliri onları qane etmədiyi üçün...Bəzən şirkət vətəndaşa yaxşı iş vəd edir. Bunun müqabilində ödəniş də alır. Sonra heç bir işlə təmin edilmirlər. Nəticədə insanlar maddi zərərə uğrayır. Yenidən həmin şirkətə müraciət etmək istəyəndə isə məlum olur ki, işədüzəltmə şirkəti həmin ərazidə və həmin ofisdə fəaliyyət göstərmir. Bu da insanların etibarından sui-istifadə etmək deməkdir. Vətəndaşlar bilməlidir ki, həmin işədüzəltmə şirkətləri sahibkarlıq fəaliyyəti göstərməlidirlər. Hər birinin də VÖEN-i olmalıdır. İşə düzəltmək üçün müqavilədə müəyyən məbləğ nəzərdə tutula bilər. Bu da həmin müqavilədə qeyd olunmalıdır. İşədüzəltmə şirkəti həmin pulu aldıqdan sonra vergi ödəməlidir. Vətəndaşlar mütləq şəkildə ödədikləri pulun qəbzini də almalıdırlar. Əks halda onlar aldatma ilə qarşılaşdıqda həmin sənəd vasitəsilə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər. Vətəndaşların bu cür aldadılması dələduzluq adlanır. Cinayət məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər".

Məlumdur ki, ölkədə vətəndaşların işlə təmin olunması ilə bağlı fəaliyyət göstərən rəsmi qurum Dövlət Məşğulluq Xidmətidir. Bu xidmətin paytaxtla yanaşı, bütün rayonlarda şöbələri var. Bəs qeyd etdiyimiz agentliklərin Məşğulluq Xidməti ilə hər hansı bir işbirliyi varmı? Əgər yoxdursa, bu cür işbazların fəaliyyətinin qarşısını niyə alınmır?...

Qeyd edək ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırladı: YƏHYA