İsfahanda hərbi zavoda dron hücumu olub, amma İran hökuməti xəbəri təkzib edir...
İsfahanda hərbi zavoda dron hücumu olub. Belə ki, İran Müdafiə Nazirliyinin İsfahan şəhərində yerləşən hərbi zavoduna ötən gecə dron hücumu həyata keçirilib. Bu barədə "Tasnim News" məlumat yayıb.
Agentliyin iddiasına görə, "naməlum dron" hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Zavoda hücum nəticəsində hər hansı xəsarət barədə məlumat verilməyib.
Qeyd edək ki, bu, cari ildə sözügedən hərbi zavoda ikinci dron hücumudur.
Bundan öncə yanvarın 28-də də dron hücumu nəticəsində zavodda ciddi dağıntılar meydana gəlmişdi.
Amma belə bir sual ortaya çıxır-İran İsfahanın bombalanıb-bombalanmasına qərar verə bilmir?
Bu sualı doğuran səbəb isə budur ki, İran mediası və sosial şəbəkələri ölkənin Müdafiə Nazirliyinə istinadən İsfahan əyalətindəki Müdafiə Nazirliyinin kompleksinə İsrailə aid pilotsuz təyyarənin gecə hücumunun uğursuzluğu barədə məlumat yayıb: zərbə hava hücumundan müdafiə sistemləri ilə dəf edilib.
Lakin bundan sonra heç də az olmayan kütləvi informasiya vasitələri və sosial media əyalətin yüksək rütbəli rəsmisinin İsfahanda heç bir insident olmadığına dair bəyanatını dərc edir.
Ülviyyə, Hurriyyet.az