İşğal bitdi, qaldı korrupsiya, inhisarçılıq – Millət vəkili
2021-11-05 14:00:00
Biz torpaqları işğaldan azad etdik, böyük zəfər qazandıq. İndi isə savaşdan sonrakı dövrün əvvəlkindən fərqini göstərə bilməsək insanlarımızı xoşbəxt görə bilməyəcəyik.
Hurriyyet.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdəki çıxışında deyib.
“Torpağı işğaldan azad etdyimiz qətiyyətlə də ölkədə ədaləti işğaldan azad etməliyik. “Ədalət” deyəndə yalnız məhkəmə ədalətindən söhbət getmir. Həyatımızın bütün sahələrində ədalətsizliyin ortadan qaldırılmasından söhbət gedir. Əhalinin rifahı yüksəlmədikcə, korrupsiyaya, inhisarçılığa, imtiyazçılığa son qoyulmadıqca, ədalətə inam da bərpa olunmayacaq”, - millət vəkili bildirib.