📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İşğal olunmuş ərazilərimizin Rusiyaya aid olduğunu iddia etmək cəhdləri mənasızdır" - Zelenski

2026-02-05 17:42:41

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ərazilərini Rusiyaya aid hesab etmək üçün edilən istənilən cəhd heç bir əhəmiyyət daşımayacaq, çünki ölkənin taleyi ilə bağlı qərarları yalnız Ukraynanın özü qəbul edə bilər.

"Report"un Ukrayna KİV-inə istinadən məlumatına görə, Zelenski bunu Kiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.