📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İşğalçıları dayandırmışıq və tədricən sıxışdırıb çıxarırıq”

2022-06-07 20:53:00

“İşğalçıları dayandırmışıq və tədricən sıxışdırıb çıxarırıq”

Hurriyyet.az “Ukrainform” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski öz “Teleqram” kanalında azadlıq və dəyərlər uğrunda mübarizənin ukraynalıların xarakterik cəhəti olduğunu yazıb.

Zelenski yazıb: “Ukrayna fövqəladə cəsarət göstərdi. Biz Rusiyaya təslim olmadıq. Biz dünənə qədər dünyada ikinci hesab edilən işğalçılar ordusunu dayandırmışıq və tədricən Ukraynadan sıxışdırıb çıxarırıq. Heç kim ukraynalıların bu miqyasda cəsarətli olacağını gözləmirdi. Lakin belə bir miqyas var. Və bu da bizim xarakterimizin xüsusiyyətidir – azadlıq və dəyərlərimiz uğrunda döyüşməyə hazırıq”.

 

Hürr Tərcüman