📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştləri ilə bağlı Qərar təsdiqləndi

2023-08-09 15:43:00

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştləri ilə bağlı Qərar təsdiqləndi

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiqlənib.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2033-cü il yanvarın 1-dək qüvvədədir.