📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün onillər lazımdır” – Britaniya kəşfiyyatı

2023-04-17 12:58:00

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün onillər lazımdır” – Britaniya kəşfiyyatı

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Britaniya kəşfiyyatı Ukraynanın minalardan təmizlənməsi üçün onilliklər lazım olduğunu bəyan edib.

Böyük Britaniyanın Mqdafiə Nazirliyinin kəşfiyyat icmalında bildiril ki, Ukrayna ərazilərinin minalanması mülki əhali arasında qurbanların sayınına artmasına səbəb olur. Hər gün dinc vətəndaşların minaların qurbanına çevrildiyi xəbərləri daxil olur. Ən çox zərər çəkən regionlar Rusiyanın işğalından azad edilmiş Zerson və Xarkov vilayətləridir. Baharın gəlişi ilə kənd təsərrüfatıyla məşğul olan insanların sayı artdıqca, minaya düşənlər də artmaqdadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bu günə qədər 750 nəfərə yaxın dinc sakin minaya qurban gedib. Hər 8 nəfərdən biri uşaqdır. Britaniya kəşfiyyatın hesablamasına görə, Ukraynanın minalardan təmizlənməsi üçün azı onillər lazım olacaq.

Hürr Tərcüman