📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İŞİD-dən betərdirlər! Başkəsən dövlət BMT-dən qovulmalıdır” – Ukraynadan çağırış

2023-04-12 12:59:00

“İŞİD-dən betərdirlər! Başkəsən dövlət BMT-dən qovulmalıdır” – Ukraynadan çağırış

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, əsir düşmüş ukraynalının xüsusi amansızlıqla edam edilməsi ilə bağlı son videodan sonra Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba öz “Tvitter” səhifəsindəki açıqlamasında Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasından və ümumiyyətlə, təşkilatdan qovmaq çağırışı edib.

Rusiyanın Teleqram kanallarında yayılmış yeni videoda Rusiya hərbçilərinin əsir düşmüş Ukrayna hərbçisinin başını kəsdiyi göstərilir.

Dmitri Kuleba yazıb: “İŞİD-dən betər addımlar atan Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi absurddur. Rusiyalı terrorçuları Ukraynadan və BMT-dən qovmaq, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb eləmək lazımdır”.

Estoniyanın Xarici İşlər naziri də belə faktlardan sonra Rusiya ilə hansısa danışıqlardan, yaxud da rusiyalı idmançıların Olimpiya oyunlarında iştirakından bəhs eləməyin qeyri-mümkün olduğunu bəyan edib.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının heyətinə BMT-nin veto qoymaq hüququ olan beş daimi üzvü daxildir – Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin.

Aprelin 1-dən Rusiyanın BMT TŞ-də sədrlik dövrü başlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski də bununla bağlı, “terrorçu-dövlətin dünyanı dağıda bilməməsi üçün” Təhlükəsizlik Şurasında islahat aparmaq çağırışı edib. O, dünya liderlərini məsələ ilə bağlı addımlar atmağa çağırıb.

Çexiya XİN rəhbəri də Kiyevin BMT TŞ-də islahat aparılması çağırışını dəstəkləyib. Türkiyə Prezidenti R.T.Ərdoğan da daim BMT-də islahatlar aparmaq çağırışları edir.

Hürr Tərcüman

скрин с видео