İŞİD əməliyyatının məqsədi bu idi... - Makkenzi
2022-02-04 11:35:00
Suriyanın şimal-şərqində İŞİD lideri İbrahim əl-Haşimi əl-Qüreyşinin öldürüldüyü əməliyyata gəlincə, missiyanın məqsədi onu ələ keçirmək idi.
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.
“Məqsəd İŞİD liderini ələ keçirmək idi, lakin ustalıqla planlaşdırılan və həyata keçirilən əməliyyat Əbu Bəkr əl-Bağdadinin varisinin ölümü ilə nəticələndi", - Makkenzi vurğulayıb.
O bildirib ki, əməliyyat zamanı Qüreyşi binanın 3-cü mərtəbəsində baş verən güclü partlayış nəticəsində ölüb.
Makkenzi əməliyyatın mülki itkiləri minimuma endirməyi planlaşdıraraq həyata keçirildiyini, əməliyyat zamanı qarşılıq verən Qüreyşi və İŞİD üzvlərinin itkilərə görə məsuliyyət daşıdığını deyib.