📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İŞİD-i xortlatdılar! Bayden: “Kabuldakı partlayışları İŞİD-in Xorasan qolu törədib”

2021-08-27 12:10:00

İŞİD-i xortlatdılar! Bayden: “Kabuldakı partlayışları İŞİD-in Xorasan qolu törədib”

 

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstanın paytaxtı Kabul şəhərində  baş vermiş bomba partlayışlarını İŞİD-in Xorasan qolunun törətdiyini bildirərək deyib: “Biz bağışlamayacağıq, unutmayacağıq və əvəzini ödəmək üçün arxalarına düşəcəyik”. 

Bayden deyib: “Vəziyyəti anbaan izləyirik. Şərait daim dəyişir. Həlak olan ABŞ hərbçilərini qəhrəman kimi xatırlayacağıq. Dünya tarixində heç görünməmiş köç prosesinin içərisində oldular. 70 min nəfərdən artıq insanın ölkədən çıxdığını deyə bilərəm. Həyat yoldaşımla birlikdə ürəyimizin ağrıdığını bildirmək istəyirəm. Dünyanın mühüm bir hərbi qüvvəsinə sahib olan bir ölkə kimi ötən 6 ay ərzindəki mənzərəyə baxdığımız zaman İraqdakı əsgərlərin evə qayıtmasını xatırlayıram. Bir sıra dərslər aldıq. Özümüzü böyük bir qara dəliyə düşmüş kimi hiss edirik və buradan çıxış yolu görmürük. Bu gün itirilmiş həyatlar azadlıq yolunda qurban verilib. O qəhrəmanların ailələrinə qarısında borcluyuq. Bu borcumuzu yerinə yetirəcəyik. Unutmayacağıq, bağışlamayacağıq və sizi tapıb hər şeyin hesabını soruşacağıq. Ötən bir neçə həftə içərisində çoxlarımız bunu düşünə bilərlər. İŞİD-in gözləri açıldı. Üzərimizə ard-arda bu hücumları etməyi planlaşdırırdılar”.

Xatırladaq ki, 2019-cu ilin fevralında İranın lideri Əli Xamaneinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi ABŞ-ın İŞİD terror təşkilatının yaraqlılarını Əfqanıstana köçürdüyü ilə bağlı əllərində “ciddi kəşfiyyat məlumatları” olduğunu söyləmişdi.

Səfəvi demişdi: “Amerikalılar, sionistlər və bəzi ərəb ölkələrinin qurğuları nəticəsində yüz mindən artıq İŞİD terrorçusu Suriya və İraqın başının bəlasına çevrilişdi. Bundan sonra da Xorasan xilafəti qurmaq iddiası ilə terorçuları İrana göndərmək istədilər və bunun üçün əmir təyin elədilər. Amerikalıların bu anda İŞİD terrorçularını Əfqanıstana köçürdüyü barəsində dəqiq məlumata malikik”. Xamanei də həmin dövrdəki açıqlamasında bunun sayəsində ABŞ-ın bölgədəki varlığına bəhanə yaratmaq istədiyini söyləmişdi.