📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İŞİD-in Suriyadakı lideri öldürüldü

2022-07-12 23:36:00

İŞİD-in Suriyadakı lideri öldürüldü

ABŞ hərbçiləri hava zərbəsi nəticəsində Suriyadakı İŞİD terror qruplaşmasının liderini məhv edib.

Bu barədə çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, əməliyyat PUA-lar vasitəsilə Suriyanın şimal-qərbində həyata keçirilib. Nəticədə təşkilatın ilk beş liderindən biri və Suriyadakı qruplaşmasının rəhbəri Maher əl-Aqal öldürülüb. Mahirlə yaxın əlaqələri olan yüksək rütbəli daha bir İŞİD nümayəndəsi də ağır yaralanıb. \\Cebhe.info