📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İŞİD Kabulda qanlı terror törətdiyini etiraf etdi

2023-01-12 17:52:00

İŞİD Kabulda qanlı terror törətdiyini etiraf etdi

Hurriyyet.az xəbər verir ki, İŞİD terror təşkilatının üzvləri yanvarın 11-də Əfqanıstanın Xarici İşlər Nazirliyinin binasının girişində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərlərinə götürüblər. Bu barədə məlumatı bu gün “Assoşieyted Press” agentliyi yayıb.

Nazirliyin əməkdaşlarının əsas qapıdan çıxdıqları zaman kamikadze terrorçunun özünü partlatdığı xəbər verilir.

Əfqanıstanın Daxili İşlər Nazirliyi partlayış nəticəsində 5 nəfərin həlak olduğunu bildirir. Yerli mətbuatda gedən xəbərlərdə isə azı 20 nəfərin qurban getdiyi deyilir.

Hürr Tərcüman