İŞİD Kərkükə hücum etdi: ölənlər var
2022-05-24 10:07:00
İŞİD İraqın Kərkük şəhərinə hücum edib.
Hurriyyet.az xəbər verir ki, terrorçular Taze rayonunun Sami əl-Asi kəndlərində buğda sahələrinə od vurublar. Yanğını söndürməyə gələn təhlükəsizlik qüvvələrinə və kənd sakinlərinə atəş açılıb.
Silahlı hücumda 3-ü polis olmaqla, 5 nəfər həyatını itirib.
Hücumdan sonra bölgəyə xeyli sayda təhlükəsizlik qüvvələri göndərilib, terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar aparılır.