Suriyanın İdlib şəhərində İŞİD lideri Əbu İbrahim Əl Haşimiyə qarşı əməliyyatda 13 nəfər ölüb.
Bu barədə "Suriya Milli Ordusu" adlanan qurumun nümayəndəsi "RİA Novosti"yə bildirib. Öldürülən 10-u nəfər dinc sakindir. Onlardan 6-sı uşaq, 4-ü qadındır.
Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə məxsus helikopterlərdən biri sıradan çıxıb.
ABŞ prezidenti Co Baydenin sözlərinə görə, amerikalı hərbçilər İŞİD liderinin təslim olmasını istəyib. O isə partlayıcı qurğu ilə özünü partladıb. Hadisə zamanı İŞİD lideri ilə yanaşı onun ailə üzvləri də ölüb. \\Kanal.az