📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İŞİD Şimali İraqa hücum elədi – ölənlər və yaralananlar var

2021-12-03 14:40:00

İŞİD Şimali İraqa hücum elədi – ölənlər və yaralananlar var

 

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatının Şimali İraqda yerləşən Mahmur rayonuna hücum etməsi nəticəsində 7 nəfər peşmərgə hərbçisi və 3 nəfər mülki vətəndaş həlak olub. 

Peşmərgə komandiri Nejat Hule Ərbildə şəhərində fəaliyyət göstərən “Rudav” kanalına müsahibəsində Mahmurun Qaraçuğ bölgəsində yerləşən Nazikend kəndində peşmərgələrin İŞİD tərəfindən qurulan pusquya düşdüklərini, atışma zamanı 7 peşmərgənin həlak olduğunu söyləyib. Xəbərdə Mahmur yaxınlığındakı Hadircice kəndində İŞİD-in hücumu nəticəsində 3 dinc vətəndaşın həlak olduğu, ölənlərin 3 qardaş olduğu qeyd edilir.

Kənd əhalisinə hücumdan sonra peşmərgənin yardıma gələn zaman İŞİD-in qurduğu tələyə düşdüyü bildirilir.

Noyabrın 27-də, Şimali İraqda yerləşən Süleymaniyyə şəhərinin Kifri rayonunun Kuleco məntəqəsində İŞİD-in hücumu zamanı 5 peşmərgə ölmüş, 4 peşmərgə yaralanmışdı. Yaralananlardan birini xilas etmək mümkün olmamışdı.

Noyabrın 29-da da Kifridə İŞİD-in hücumu 1 peşmərgənin ölümü, 3-nün isə yaralanması ilə nəticələnmişdi.

İŞİD terror təşkilatı 2014-cü ildə Mosul, Səlahəddin və Ənbar şəhərlərini tamamilə, Diyala və Kərkük şəhərlərini isə qismən işğal eləmişdi, sonrakı illərdə həmin ərazilər işğaldan azad edilmişdi.

İraqın keçmiş Baş naziri Heydər əl İbadi 2017-ci il noyabrın 9-da terror təşkilatına qarşı zəfər qazanıldığını bəyan eləmişdi. Bundan 4 il keçməsinə rəğmən, İŞİD terrorçuları vaxtaşırı Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar ətrafında hücumlarını davam etdirirlər.

Hürr Tərcüman