İŞİD Suriyada yenidən fəallaşdı - ölənlər və yaralananlar var
2024-01-09 17:34:02
Hurriyyet.az xəbər verir ki, “Əl Hadas” kanalının xəbərinə görə, Suriyanın (Paytaxt Dəməşq şəhərindən 240 km məsafədə yerləşən) Palmira şəhərində hərbçilərin mindiyi avtobusa İŞİD terrorçuları hücum ediblər. Azı 14 nəfərin həlak olduğu, 19 nəfərin yaralandığı bildirilir.
Hərbçilərlə dolu avtobus səhərin erkən saatlarında T-3 neftdoldurma stansiyası yaxınlığında pusquya düşüb. Yaralılar Homs vilayətinin mərkəzindəki xəstəxanaya çatdırılıblar.
İŞİD təşkilatı 2023-cü il dekabrın 21-də, 2024-cü il yanvarın 7-də də Suriya hərbçilərinə qarşı qanlı terror aktları törədiblər.
Hürr Tərcüman