İŞİD terroru – Kərkükdə 9 nəfər polis, Diyalada 7 nəfər dinc vətəndaş şəhid oldu
2022-12-20 17:06:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İŞİD terror təşkilatı İraqın Diyala vilayətində dinc vətəndaşlara hücumu nəticəsində 7 nəfər dinc sakin həlak olub, 6 nəfər yaralanıb.
Bazar günü də İŞİD terrorçularının Kərkük şəhərinin Riyad məhəlləsinin yaxınlığında asayiş keşikçilərinə bomba ilə hücumu nəticəsində 9 polis həlak olmuşdu.
Bu hücumlardan sonra regionda irimiqyaslı antiterror əməliyyatı başladılıb.
Hürr Tərcüman