📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu

2026-04-25 22:47:42

İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi olub.

Milli.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.

Beləliklə, bu, Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.