📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İslam dünyası ilə bağlı Türkiyə və İran arasında kritik danışıqlar - Bağdadda nələr baş verdi?

2026-10-18 10:13:07

İslam dünyası ilə bağlı Türkiyə və İran arasında kritik danışıqlar - Bağdadda nələr baş verdi?

Türkiyə və İran İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə bağlı mühüm danışıqlar aparıblar.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Araqçi İraqın paytaxtı Bağdadda görüşüblər.

Danışıqlar İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.

Nazirlər ikitərəfli münasibətləri, regional prosesləri və xüsusilə Fələstindəki vəziyyəti müzakirə ediblər.

Tərəflər İslam ölkələri arasında əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə islamofobiya ilə mübarizə və İslam dünyasının qarşılaşdığı problemlərin həllində İslam Əməkdaşlıq Təşkilatının imkanlarından daha səmərəli istifadə olunması məsələsi də gündəmə gətirilib.

Danışıqların digər mühüm istiqaməti Fars körfəzində və strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında baş verən son hadisələr olub.