📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İslam Kərimovun ailəsində qalmaqal

2023-06-13 22:01:00

İslam Kərimovun ailəsində qalmaqal

Özbəkistanın keçmiş dövlət başçısı İslam Kərimovun oğlu Pyotr mirasın bölünməsi ilə bağlı eks-prezidentin xanımı Tatyana Kərimovanı məhkəməyə verib.

Bu barədə “Azadlıq” radiosunun Özbəkistan xidməti məlumat yayıb.

54 yaşlı Kərimov prezidentin birinci evliliyindən olan oğludur və uzun müddətdir ki, siyasətçinin rəsmi tərcümeyi-halında onun adı çəkilmir. Tatyana Kərimova prezidentin ikinci həyat yoldaşıdır. Mübahisənin konkret nə olduğu barədə məlumat verilmir. İddiaya Daşkənd şəhər məhkəməsi baxacaq.

Qeyd edək ki, İslam Kərimov 1989-cu ildən 2016-cı ilə qədər Özbəkistana rəhbərlik edib.

Xatırladaq ki, Pyotr Kərimov 2018-ci ildə (atasının ölümündən sonra) qanunsuz şəkildə işdən çıxarıldığını iddia edərək “Uzbekistan Airways”i məhkəməyə verib. Tərəflərin razılığı ilə iş bağlanıb. \\Musavat.com