İslam ölkələri İsveç və Danimarkada baş verənlərə etirazlarını bildirəcəklər
2023-07-26 12:25:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı müqəddəs Quran kitabının təhqir edilməsi ilə bağlı iyulun 31-də fövqəladə iclas keçirəcək.
İran XİN-in mətbuat katibi Nəsir Kənani yazılı açıqlamasında müqəddəs kitabın İsveç və Danimarkada təhqir edilməsinə qarşı addım olaraq, İran və İraq dövlətlərinin təklifi ilə İƏT-in gələn həftə fövqəladə iclas keçirməyə hazırlaşdığını bildirib.
Hürr Tərcüman