"İslami Cihad"ın komandirlərindən biri öldürüldü
2024-01-04 20:31:15
İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyat zamanı "İslami Cihad" qruplaşmasının komandirlərindən birini öldürüb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail ordusu Qəzza zolağının şimalındakı keçirdiyi əməliyyat zamanı Fələstinin radikal "İslami Cihad" qruplaşmasının komandirlərindən birini öldürüb. Məmduh Lulu "İslami Cihad"-ın xaricdəki baş qərargahında yüksək vəzifəli şəxslərlə əlaqə saxlayırdı. O İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində öldürüb”, - deyə məlumatda bildirilir. \\Teleqraf.com