📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayılı tərk-silah edən mülki geyimli şəxs kimdir?

2024-06-27 09:40:16

İsmayılı tərk-silah edən mülki geyimli şəxs kimdir?

Bakıda qətldə şübhəli bilinən şəxsi tərk-silah edən mülki geyimdə olan polis əməkdaşıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Bakının Nərimanov rayonunda, “Metro Park”ın önündə 19 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayev başından güllələyərək qətlə yetirib.