İsmayıllıda qəza: 1 ölü, 2 yaralı
2026-10-16 19:37:00
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Hurriyyet.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balik kəndi ərazisinə qeydə alınıb.
"VAZ 2106" markalı avtomobil "DAF" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 64 yaşlı Yasər Sadıqov ölüb, 1989-cu il təvəllüdlü Bərdə sakini Tural Alişov, 1997-ci il təvəllüdlü Ağdam sakini Orxan Həsənov xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.