📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlandı

2022-10-04 10:32:00

İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlandı

İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib.

Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

H.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.