📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda ağır qəza - Ölən və yaralılar var

2023-07-11 10:11:00

İsmayıllıda ağır qəza - Ölən və yaralılar var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.

31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

report.az