İsmayıllıda ağır qəza: ölən var
2024-10-14 09:55:42
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hurriyyet.az xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Anar Həsənovun idarə etdiyi "KİA Ceed" markalı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.Axundov xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Report.az