📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda böyük yanğın başladı - Foto

2023-07-25 12:57:00

İsmayıllıda böyük yanğın başladı - Foto

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.