İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
2026-08-23 18:43:53
İsmayıllıda qəza olub.
Hurriyyet.media məlumatına görə, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, “Niva” və “Hyundai” markalı iki avtomobil toqquşub. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.