İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib
2024-08-20 23:39:11
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov ölüb, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.