📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda polislər qəzaya düşdü - FOTO

2023-06-13 00:21:00

İsmayıllıda polislər qəzaya düşdü - FOTO

İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri - Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıblar.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.\\Report