📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda qəza: 5 nəfər xəsarət aldı

2026-08-07 22:30:31

İsmayıllıda qəza: 5 nəfər xəsarət aldı

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.