📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsmayıllıda şortik geyinən turistə qarşı HİDDƏT: polisdən REAKSİYA - VİDEO

2022-08-22 15:00:00

İsmayıllıda şortik geyinən turistə qarşı HİDDƏT: polisdən REAKSİYA - VİDEO

İsmayıllıda sakinlər şortik geyinən şəxsə irad bildiriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, İsmayıllıya səfər edən Bakı sakini şortik geyindiyi üçün yerli sakinlərin narazılığı ilə qarşılaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb.

Lakin buna baxmayaraq yayılan videogörüntülər araşdırılıb və mübahisə iştirakçısı olan yerli sakinlərlə profilaktik söhbət aparılıb.