📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İspan millisinin ulduzu "Atletiko"ya keçdi - FOTO

2024-07-27 20:56:32

İspan millisinin ulduzu

İspaniya millisinin futbolçusu Roben Le Normanın “Atletiko”ya keçidi reallaşıb.

Bu barədə Madrid klubu məlumat yayıb.

Belə ki, 27 yaşlı müdafiəçi “Real Sosyedad”dan transfer olunub. O, istirahətdən qayıtdıqdan sonra yeni komandasına qoşulacaq.

Xatırladaq ki, Le Norman İspaniya millisi ilə AVRO-2024-ün çempionu olub.

Metbuat.Az