📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İspaniya da CAR-ın İsrailə qarşı ittihamlarını dəstəkləyir

2024-06-06 13:53:33

İspaniya da CAR-ın İsrailə qarşı ittihamlarını dəstəkləyir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İspaniya CAR-ın İsrailə qarşı məhkəmə iddialarına qoşulmağı qərara alıb. İspaniya hakimiyyəti də BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı çıxış etmək niyyətindədir. Bu barədə jurnalistlərə İspaniya krallığının xarici işlər naziri Xose Manuel Albares məlumat verib.
Madridin Fələstini dövlət kimi tanımaq qərarından sonra İspaniya ilə İsrail arasında münasibətlər pisləşib. Mayın 27-də İsrailin xarici işlər naziri İsrael Kats bu qərarla bağlı İspaniya səfirliyinə nota göndərib, İspaniyanın Qüds şəhərindəki konsulluğuna İordan çayının qərb sahilindən olan fələstinlilərə xidmət göstərmək qadağan edilib.
CAR 2023-cü il dekabrın 29-da İsrailə qarşı məhkəmə iddiası qaldırıb, Qəzza bölgəsində baş verənlərin "soyqırımı" adlandırılmasını tələb edib.
Hürr Tərcüman