📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İspaniya Fələstinin müstəqilliyini tanımağa hazırlaşır

2024-04-03 10:38:41

İspaniya Fələstinin müstəqilliyini tanımağa hazırlaşır

Hurriyyet.az xəbər verir ki, İspaniya Fələstinin müstəqilliyini tanımağa hazırlaşır. ISRA agentliyinin məlumtına görə, İspaniyanın Baş naziri Pedro Sançes mətbuata açıqlamasında rəhbərlik elədiyi ölkənin bu ilin iyul ayına qədər Fələstini müstəqil dövlət kimi tanıyacağını bildirib.
Pedro Sançes bu xəbəri İordaniya, Səudiyyə Ərəbistanı və Qətərə işgüzar səfəri zamanı onu müşayiət edən jurnalistlərə verib. "El Pais" nəşrinin yazdığına görə, Sançes buna paralel şəkildə İsraili tanımayan ərəb ölkələrinin onu tanımasına nail olmaq üçün səy göstərmək niyyətindədir.
İspaiya Fələstinin dövlətçiliyinin və müstəqilliyinin tanınması məsələsində müttəfiqlər tapmağa çalışır. İki gün bundan əvvəl bununla bağlı İspaniya, Sloveniya, İrlandiya və Malta birgə bəyanamə qəbul ediblər. Sənəddə "müvafiq şərait yaranan kimi" bu ölkələrin Fələstinin müstəqilliyini tanıyacaqları yazılıb.
Hürr Tərcüman