İspaniyada sürət qatarları toqquşub,yaralılar var - YENİLƏNİB
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.
Hurriyyet.net -in xəbərinə görə, sürət qatarlarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.
Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.
***
13:47
İspaniyanın Toledo vilayətində baş verən qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.
Bakıvaxtı.az bu barədə “The Telegraph” məlumat yayıb.
***
13:12
İspaniyada sürət qatarları toqquşub.
Hurriyyet.net -in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.
İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində çox saylı yaralının olduğu bildirilib.
Hələlik qəzanın səbəbləri və tələfatla bağlı məlumat yoxdur.