İspaniyada uşaqlar üçün şəkərli məhsulların reklamı qadağan ediləcək
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, İspaniya hökuməti gələn ildən etibarən uşaqlar üçün şəkərli ərzaq məhsullarının reklamlarının qadağan ediləcəyini bildirib.
İspaniyanın İstehlak naziri Alberto Qarson keçirdiyi mətbuat konfransında 2022-ci ildən etibarən internetdə, kinoteatrlarda, radio və televiziyalarda yaşı 16-dan aşağı olan uşaqlar üçün biskvit, dondurma, şəkərli və çox kalorili içkilər kimi ərzaq məhsullarının qadağan ediləcəyini söyləyib. Qarson bildirib: “İspaniyada artıq çəki 23,3%, piylənmə isə 17,3%-dir. 6-9 yaş arası uşaqlar üçün bu rəqəmlər 40%-i keçir. Bunlar narahatedici rəqəmlərdir”.
İspaniyada sentyabr ayında aparılan araşdırma uşaqlar üçün hər 10 televiziya reklamından 9-nun sağlam qidalanma qaydalarını pozduğunu aşkara çıxarmışdı.
Hürr Tərcüman