İsrail 3 evə hücum etdi biri uşaq olmaqla 14 nəfər öldü
2024-06-15 11:28:35
Hurriyyet.az Fələstinin WAFA xəbər agentliyinə istinadən bildirib ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin ət-Tuffah və Əl-Şüceyyə məhəllələrində 3 evə hücum edib.
Hücumlarda aralarında körpə, qadın və uşaqların da olduğu 14 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Yaralılar Əl Əhli Baptist Xəstəxanasına aparılıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 266 fələstinli həlak olub, 85 min 102 nəfər yaralanıb.