📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Qəzzada daha 2 binanı bombaladı çoxlu sayda insan ölüb və yaralanıb

2024-06-23 09:48:21

İsrail  Qəzzada daha 2 binanı bombaladı çoxlu  sayda insan ölüb və yaralanıb

Şahidlərin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında, Qəzza şəhərində daha 2 binanı bombalayıb.

Hücum zamanı aralarında qadın və uşaqların da olduğu çox sayda insan ölüb və yaralanıb.

Yaralıların Əl-Ehli Baptist Xəstəxanasına aparıldığı bildirilib.