📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ABŞ ilə Avropadan İranla nüvə danışıqlarını dayandırmağı tələb etdi

2022-08-19 13:23:00

İsrail ABŞ ilə Avropadan İranla nüvə danışıqlarını dayandırmağı tələb etdi

İsrail Amerika və Avropadan nüvə sazişinin bərpası ilə bağlı İranla danışıqları dayandırmağı istəyib. Bu çağırışı İsrailin baş naziri Yair Lapid edib.
İsrailin baş naziri Yair Lapid deyib ki, Amerika və Avropa nüvə sövdələşməsini canlandırmaq üçün İranla danışıqlardan imtina etməsələr, bu, onların “zəifliyini” göstərir.
"Reuters"in xəbərinə görə, cümə axşamı Yair Lapid Almaniya kansleri Olaf Şultsa zəng edərək nüvə anlaşması ilə bağlı danışıqların dayandırılmasına çağırış edib.

Ülviyyə, Hurriyyet.az