İsrail ABŞ-İran danışıqlarında iştirak etmir
2026-03-24 10:16:12
İsrail ABŞ və İran arasında mümkün danışıqlarda birbaşa iştirak etmir.
Bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner iştirak edir, zərurət yaranacağı halda vitse-prezident Cey Di Vens də prosesə qoşula bilər.
Bildirilib ki, İsrail bu prosesdə iştirak etməsə də, Vaşinqtondan müvafiq məlumatlar alır.