📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

2026-11-10 10:58:23

“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

“İsrail ABŞ-ni İranla sonsuz müharibə bataqlığına çəkir”.

Hurriyyet.net  xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” heesabında yazıb.

Qalibaf Vaşinqton administrasiyasını “Israel-First” siyasətindən imtina etməyə çağırıb.

“İsrail administrasiyası ABŞ-ni İranla sonsuz hərbi münaqişəyə sürükləmək üçün intensiv səylər göstərir. Bu ehtimal olunan müharibə istər Respublikaçı, istərsə də Demokrat olsun, heç bir ABŞ prezidentinin qaça bilməyəcəyi bir bataqlığa çevriləcək. Vaşinqton “Israel-First” yanaşmasından əl çəkməzsə, ABŞ və onun müttəfiqləri qaranlıq bir dövrə qədəm qoyacaqlar”, - o qeyd edib.