📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Almaniyanı İranla mübarizəyə çağırıb

2023-02-28 18:37:00

İsrail Almaniyanı İranla mübarizəyə çağırıb

Hurriyyet.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Eli Kohen alman həmkarı Annalena Berbok ilə söhbəti zamanı Almaniyanı İran ilə mübarizədə İsraili dəstəkləməyə çağıraraq deyib: “Almaniya İran ilə mübarizədə İsraili dəstəkləməlidir. İranda təkcə Yaxın Şərqin deyil, Avropanın da nüvə təhlükəsizliyini təhdid edən terrorçu rejim bərqərar olub. İqtisadi və siyasi təzyiqlərin köməyi ilə İranı hüquqi müstəviyə qaytarmaq lazımdır”.

Nazirin sözlərinə görə, ən qısa zamanda İran İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımaq lazımdır.

Hürr Tərcüman