📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Beyrutu bombaladı - əhali didərgin düşdü

2024-10-16 09:23:01

İsrail Beyrutu bombaladı - əhali didərgin düşdü

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail HHQ-nin qırıcıları Beyrut şəhərinin "Hizbullah" təşkilatının obyektlərinin yerləşdiyi cənub hissəsinə azı 3 raket zərbəsi endirib. Bundan bir az əvvəl isə İsrail ordusu şəhərin cənub hissəsinin sakinlərinə təcili şəkildə bir sıra binaları tərk etməli olduqları barədə xəbərdarlıq edib.
Şəhərin cənub rayonları qara dumana bürünüb.
Mülki müdafiə xidmətinin məlumatına görə, oktyabrın əvvəllərindən etibarən Livanın paytaxtının cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri Beyrutun mərkəzi hissəsinə və ölkənin şimalına köçüblər.
Hürr Tərcüman