📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi ilə əməkdaşlığı dayandırdı

2024-11-04 10:23:24

İsrail BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi ilə əməkdaşlığı dayandırdı

Hurriyyet.az xəbər verir ki, BMT İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (ing. UNRWA) ilə əməkdaşlığı dayandırdığını bildirib.
İsrail BMT Baş Assambleyasının sədri Filemon Yanqa müraciət edərək, BMT-nın Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əməkdaşlığı dayandırdığını rəsmən bəyan edib. Bu barədə məlumatı ölkənin təşkilatdakı daimi nümayəndəsi Denni Danon öz X səhifəsində verib.
UNRWA Suriya, Livan, İordan çayının qərb sahili, Qüds və Qəzzə zolağındafələstinli qaçqınlara xidmət göstərir. Agentlik 8 dekabr 1949-cu ildə təsis edilib. 30 mindən çox işçisi olan UNRWA BMT-nin ən böyük proqramlarından birinə çevrilib.
Hürr Tərcüman