İsrail BMT sülhməramlılarını vurdu
2024-10-10 16:50:31
Hurriyyet.az xəbər verir ki, İsrail ordusu - SAXAL BMT-nin sülhməramlılarının Livanda yerləşən qərargahına zərbə endirib. Bu barədə "Əl Cəzirə" telekanalı sülhməramlı missiyadakı mənbəyə istinadla məlumat verib. Məlumatda sülhməramlıların mövqelərinə ümumilikdə 3 zərbə endirildiyini, onlardan birinin sülhməramlıların müşahidə qülləsinə tuş gəldiyi bildirilir. Hücum nəticəsində iki nəfər sülhməramlı yaralanıb.
Hürr Tərcüman