İsrail bu gecə Qəzzadan sonra Livanı da bombalayıb
2023-04-07 08:55:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrail Ordusu bu gücə Qəzzanın ardından Livana da hücuma başladığını bəyan edib. Livanın cənubunda, Tiredə güclü partlayışlar baş verir.
İsrail Ordusunun yazılı açıqlamasında deyilir: “İsrail ordusu indi Livana hücum edir. Detalları sonra açıqlayacağıq”.
Açıqlamada əlavə məlumat verilməyib.
Livan mətbuatı İsrail ordusunun Livanın cənubunda yerləşən Ər Rəşidiyyə Fələstin qaçqın düşərgəsi yaxınlığındakı sahəni bombaladığını yazıb.
Hürr Tərcüman
.png)